“AZƏRBAYCAN MAŞIN VƏ AVADANLIQ İSTEHSALÇILARI ASSOSİASİYASI” İctimai Birliyi 28 dekabr 2018-ci il tarixində Azərmaş ASC və Asena Co MMC tərəfindən təsis edilmişdir. Assosiasiya ümumi maraqlar əsasında birləşmiş, könüllülük, maşın və avadanlıq istehsalı sahəsində fəaliyyət göstərən üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılmışdır.