Birliyin fəaliyyətinin başlıca məqsədi – Azərbaycan Respublikasında maşın və avadanlıq istehsalı sahəsində istehsal, ixrac və investisiya mühitinin yaxşılaşdırılmasına dəstək vermək, qeyri-neft sektorunun inkişafına nail olmaq, istehsalçıların və investorların bu istiqamətdə ümumi maraqlar naminə fəaliyyətini əlaqələndirərək hüquqlarını müdafiə etmək, beynəlxalq təcrübənin öyrənilməsi və müasir innovasiyaların tətbiqi yolu ilə Azərbaycan brendini yaratmaq və ixrac potensialını səfərbər edərək Azərbaycan brendini dünyaya tanıtmaqdır. Həmçinin Azərbaycanda maşın və avadanlıq istehsalı sənayesinin inkişafına nail olmaqdan ibarətdir.