Maşınqayırma sənayesi və avadanlıq istehsalı sahəsində istehsal, idxal və investisiya mühitinə, ölkədə gedən sosial-iqtisadi inkişafa, ölkənin ixracat potensialının artırılmasına, qeyri-neft sektorunun inkişafına və dünya bazarında rəqabətədavamlı Azərbaycan brendinin formalaşmasına yeni layihə və proqramlarla dəstək vermək;
Yeni istehsal, ixracat sahələri yaratmaq, eləcə də yeni iş yerlərinin açılmasını təmin etmək;
Maşın və avadanlıq istehsalı sektorunun inkişafı üçün müasir innovasiyalar və texnologiyaların geniş tətbiqinə, yaradıcı ideyaların irəli sürülməsinə və dəstəklənməsinə təşəbbüs göstərmək;
Birlik üzvləri arasında daimi işgüzar əlaqələrin yaradılmasını təmin etmək, onlarla birgə investisiya, innovasiya layihələrini və sağlam sahibkarlığın inkişafına yönəlik müxtəlif təşəbbüsləri dəstəkləmək;
İstehsalçıların və investorların birgə maraqları çərçivəsində fəaliyyətlərinin əlaqələndirilməsini təşkil etmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq, onların qanuni mənafelərini müdafiə etmək və hüquqlarını qorumaq.